"Aİ ölkələrinin əksəriyyəti Ukraynada münaqişəni davam etdirmək öhdəliyi götürüblər".
"Unikal" xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto deyib.
"Aİ-yə üzv ölkələrin əksəriyyəti və Avropa qurumları, Brüssel, müharibəni davam etdirmək üçün açıq öhdəlik götürüblər", - o, ifadə edib.
Siyarto qeyd edib ki, Avropada sülh və vətənpərvər siyasi qüvvələrin mövqeyi gücləndiyi üçün belə qərarın səbəblərini bilmir.