Moskva, Bakı və İrəvandan ibarət üçtərəfli işçi qrupu bağlanmayıb, əgər tərəfdaşlar bizimlə əlaqə saxlasa, Rusiya işi məmnuniyyətlə davam etdirəcək. 

"Unikal" xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Rusiya Federasiyası Sənayeçilər və Sahibkarlar İttifaqının XXXIV qurultayı çərçivəsində jurnalistlərə deyib.

"O ki qaldı baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupuna, o, hazırda fəaliyyətsizdir. Bunu qeyd etmək olar, lakin biz bilirik ki, bu mövzuda tərəfdaşlar arasında əlaqələr aparılır.

Əgər tərəfdaşlar bizimlə əlaqə saxlasalar və biz müəyyən mənada faydalı ola bilsək, o zaman, əlbəttə ki, bu işi davam etdirməkdən məmnun olarıq, lakin bu, tərəfdaşlardan asılıdıra", - deyə Overçuk əlavə edib.

Ağarza Elçinoğlu