10 türk media nümayəndəsinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yardım etmək üçün təşkil edilən üç günlük media turuna nəqliyyat, yaşayış və yemək xərcləri daxil olub, ümumilikdə 7 milyon 550,280 dram (32 825 manat) xərclənib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Baş Nazir Aparatının İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin direktoru Qor Tsarukyan açıqlayıb. 

Qeyd olunub ki, Türkiyə mediasına və ya onların nümayəndələrinə heç bir qonorar verilməyib.

Qeyd edək ki, Türkiyənin media orqanlarından İrəvana TRT World, Hürriyet, Daily News, Anadolu Agentliyi, CNN Türk, Sözcü TV, Medyascope, T24, NTV, Agos Gazetesi, İhlas Xəbər Agentliyinin 10 jurnalisti və onları müşayiət edən 5 nəfərlik heyət gedib.

Ağarza Elçinoğlu