Ukrayna Prezidenti Volodimir Zelenski və birinci xanım Yelena Zelenskaya Finlandiyaya rəsmi səfərə gediblər. 

"Unikal" xəbər verir ki, bu barədə Finlandiyanın dövlət başçısı Aleksandr Stubb "X" hesabında bildirib. O qeyd edib ki, tərəflər Kiyevə gələcək yardım məsələsini müzakirə edəcəklər. 

Səfər çərçivəsində Ukraynaya hərbi, iqtisadi və humanitar yardımı nəzərdə tutan danışıqlar aparılacaq. 

Qeyd edək ki, 2023-cü ildə NATO-ya üzv qəbul edilən Finlandiya Kiyevin əsas tərəfdaşlarından biridir.