Rusiyanın Leninqrad vilayətində hərbi helikopter qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.
Qəza nəticəsində helikopterdə olan 2 nəfər ölüb
"Mi-28 vertolyotu Leninqrad vilayəti üzərində planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb. Ekipaj üzvləri həlak olub, helikopteryaşayış məntəqələrindən uzaqda, boş əraziyə düşüb", - deyə Rusiya MN-dən verilən açıqlamada bildirilib.