Ermənistan Respublikası hökuməti ən yüksək səviyyədə bəyan edib ki, onun vəziyyəti gərginləşdirmək niyyəti və məqsədi yoxdur və sülh gündəliyinin prinsiplərinə uyğun olaraq fəaliyyətini davam etdirir. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ani Badalyan açıqlayıb. 

"Ermənistan və Azərbaycan “Sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında” saziş layihəsi üzrə razılaşmanı və saziş layihəsi üzrə danışıqların başa çatdığını rəsmən elan ediblər. Məntiqlə razılaşdırılmış sənəd imzalanmalıdır və Ermənistan Respublikası onun imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edir. Aydındır ki, təklif olunan proses nə mürəkkəb, nə də praktiki deyil", - diplomat qeyd edib. 

Ağarza Elçinoğlu