İstanbul Universitetinin tələbələri İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomunun ləğv edilməsinə və daha sonra istintaq çərçivəsində saxlanılmasına etiraz olaraq nümayiş keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Yüzlərlə tələbə qurulan barrikadaları aşıblar, polisin müdaxiləsindən sonra bəzi yerlərdə gərginlik artıb.  Daha sonra İstanbul Universitetinin tələbələri ilə polis arasında qarşıdurma olub. 

Boğaziçi Universiteti, Yıldız Texniki Universiteti və İstanbul Texniki Universitetinin tələbələri də etirazçı kütləyə qoşulublar.

Ağarza Elçinoğlu