İtaliyanın “Yuventus” komandasının futbolçusu Kənan Yıldız karyerasını İngiltərədə davam etdirə bilər.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Mersisayd klubunun rəhbərliyi türkiyəli hücumçunu mövsümün sonunda müqaviləsi başa çatacaq Məhəmməd Salahın əvəzləyicisi kimi görür.
İngiltərə nəhənginin bu transfer üçün Turin təmsilçisinə 80 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Bu keçid reallaşsa, 19 yaşlı forvard Darvin Nunyes və Vircil van Deykdən sonra "Liverpul” tarixinin ən bahalı üçüncü transferi olacaq.
Qeyd edək ki, Kənan Yıldız bu mövsüm “Yuventus”un heyətində 41 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.