Belarusun yeni seçilmiş Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi martın 25-də keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə BELTA Belarusun Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb.

Qeyd edək ki, Belarusda prezident seçkiləri yanvarın 26-da keçirilib. MSK-nın təsdiq etdiyi səsvermə nəticələrinə görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 86,82 faiz səs toplayaraq yenidən prezident seçilib.