Həddindən artıq su istehlakı Dublin sakini Sean O'Donnell'in həyatı bahasına başa gəlib.

"Unikal" xəbər verir ki, müraciət etdiyi xəstəxanada bol su içməsi məsləhət görülən şəxs həddindən artıq maye qəbulu səbəbiylə dünyasını dəyişib. Məhkəmə, O'Donnell-in infarkt keçirdiyini və bədənində təhlükəli dərəcədə aşağı natrium səviyyəsinin beyin şişməsinə səbəb olması nəticəsində öldüyünü təsbit edib.

Tibbdə hiponatremi kimi tanınan bu vəziyyət bədəndə artıq suyun yığılmasına və hüceyrələrin şişməsinə səbəb ola bilər ki, bu da ölümcül ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bir saat ərzində 1,4 litrdən çox su içmək təhlükə yarada bilər.

Gülayə Mecid