Azərbaycan qoşunlarının sərhəddə yerdəyişməsi və toplanması yoxdur.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Müdafiə naziri Suren Papikyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.
"Belə bir qiymətləndirmə aparmaq üçün mənə kəşfiyyat məlumatları lazımdır. Hazırda sərhəddə belə bir aktivlik görünmür. Müdafiə Nazirliyi qoşunların yığılması və yerdəyişməsi ilə bağlı mətbuatda yayılan məlumatları təsdiqləmir", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu