Vətəndaşların Respublika meydanında olmaq və asudə vaxtlarını orada keçirmək hüququ var. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın daxili işlər naziri Arpin Sarkisyan deyib. 

O, İrəvanın mərkəzində Azərbaycan dilində ifa olunan “Qarabağ” mahnısı ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib: "Milli Təhlükəsizlik Xidməti artıq rəsmi bəyanat yayıb. Sizdən xahiş edirəm ki, bu işlə bağlı spekulyasiya etməyəsiniz və ona dövlətlərarası xarakter verməyin". 

Xatırladaq ki, yanvarın 30-da sosial şəbəkələrdə bir qrup şəxsin Azərbaycan dilində “Qarabağ” mahnısını oxuması ilə bağlı video yayılıb və geniş ictimai rezonansa səbəb olub.

Yanvarın 31-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti açıqlama yayıb və hadisənin iştirakçılarının dekabrın 30-dan yanvarın 3-dək ölkədə olan İran vətəndaşları olduğunu qeyd edib. Milli Təhlükəsizlik Xidmətinin tələbi ilə İstintaq Komitəsi videonu sosial şəbəkədə yayan nəşrin müəllifini saxlasa da, sonradan məhkəmə onu azadlığa buraxıb.

Ağarza Elçinoğlu