İranın İsfahan vilayətinin Natanz şəhərində 5 bal gücündə zəlzələ baş verib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, zəlzələ tarixi karvansaranın fasadının uçmasına səbəb olub. Səhər saatlarında baş verən zəlzələdən sonra yeddi afterşok olub. 

Nəticədə bəzi qəzalı binalarda divarlar uçub, yaxınlıqdakı kəndlərdə yerləşən evlərdə çatlar əmələ gəlib.