İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ikinci dəfə polisdə ifadə verir.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun bu gün səhər saatlarında Terrorla Mübarizə Şöbə Müdirliyində ifadə verməyə başladığı bildirilib. 

İmamoğlunun bu axşam Çağlayan Ədliyyəsində hakim qarşısına çıxacağı gözlənilir.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu iki ayrı istintaq üzrə Əkrəm İmamoğlu da daxil olmaqla, 106 nəfərin həbsi ilə bağlı qərar çıxarıb.