Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu ilə vida mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular iştirak edib.
Rüstəm Ruslan oğlu Həmidovun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib.
Qeyd edək ki, o, nişanlı olub, hərbi xidmətdən tərxis olunmasına 10 gün qalırdı.