İrəvanda Eçmiədzin yaxınlığındakı yanacaqdoldurma məntəqəsində ölümlə nəticələnən atışma baş verib.

"Unikal" xəbər verir ki, ölən şəxs Armavir vilayətinin 36 yaşlı sakini Artur Paronyan, hadisəni törədən isə  “Çap” ləqəbi ilə tanınan, eyni zamanda Armavir vilayətinin sakini, 33 yaşlı Karen Badalyandır. 

Məlumata görə, qətlin baş verdiyi yanacaqdoldurma məntəqəsi Eçmiədzin meri, Vaqarşapat icmasının rəhbəri Diana Qasparyanın ərinə məxsusdur.

Polis araşdırmalarını davam etdirir.