Rusiya prezidenti Vladimir Putin o vaxtkı prezidentliyə namizəd Donald Trampın keçən il güllələnməsindən sonra onun üçün dua edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff jurnalist Taker Karlsona müsahibəsində bildirib.

O, Rusiya prezidenti Putinlə ikinci görüşü zamanı ötən ilin yayında seçkiqabağı mitinqində Trampa qarşı sui-qəsd cəhdinə reaksiyasından danışıb.

"Prezident güllələnən zaman yerli kilsəyə gedib, keşişlə görüşüb və Tramp üçün dua edib. Putin onunla dost idi və o, dostu üçün dua etdi, - Uitkoff deyib.