İstanbulda nümayişlərə qoyulan qadağa martın 27-dək uzadılıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.
İstanbuldan sonra etiraz qadağası qərarı Ankara və İzmirdə də həyata keçirilib.
İstanbul Valiliyi daha əvvəl 19-23 mart tarixləri arasında təxribat xarakterli hərəkətlərin ola biləcəyini əsas gətirərək toplantı, nümayiş və mətbuat açıqlamalarını qadağan etmişdi.