Xəbər verdiyimiz kimi, İstanbul Respublika Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun dindirilməsini başa çatdıraraq onun həbsini tələb edib.
"Unikal" xəbər verir ki, Əkrəm İmamoğlu həbs tələbi ilə sövq edildiyi məhkəmədə hakim qarşısına çıxarılıb.
İmamoğlunun arvadı və oğlu, CHP sədri Özgür Özəl, eləcə də onun vəkilləri məhkəmə zalına gətirilib.
Vətəndaşlar hazırda Çağlayan bələdiyyəsindəki Sülh Cəza Məhkəməsinin qarşısında İmamoğlu ilə bağlı veriləcək qərarı gözləyirlər.
***04:09
Bu gün gecə saatlarında prokurorlar İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun dindirilməsini başa çatdırıblar.
"Unikal" xəbər verir ki, İmamoğlu şəhərin Ədliyyə Sarayında keçirilən dindirilmədə bütün ittihamları rədd edib.
Bu dəqiqələrdə isə pokurorluq Əkrəm İmamoğlunun həbs olunması tələbi ilə onun işini məhkəməyə göndərib.
İstanbul Respublika Baş Prokurorluğunun açıqlamasında deyilir: "Əkrəm İmamoğlu cinayət təşkilatı yaratmaq, tender saxtakarlığı, rüşvət almaq və şəxsi məlumatların qanunsuz ələ keçirilməsi cinayətləri ilə ittiham olunub.
O, həbs olunması tələbi ilə Sülh Cəza Məhkəməsinə göndərilib".
Ağarza Elçinoğlu