Türkiyənin daxili işlər naziri Ali Yerlikaya vətəndaşları ölkədə ictimai asayişi pozan hərəkətlərdən çəkinməyə çağırıb.

"Unikal" xəbər verir ki, nazir son günlər 9 vilayətdə keçirilmiş icazəsiz aksiyalarla əlaqədar ümumilikdə 343 nəfərin saxlanıldığını bildirib.

"Prokurorluq orqanlarının İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı apardığı araşdırmalarla bağlı keçirilən aksiyalar gecə saatlarında Ankara, İstanbul, İzmir, Antalya, Eskişehir və digər şəhərləri əhatə edib. Türkiyədə sabitlik və təhlükəsizliyi pozmağa cəhd göstərən şəxslərin təxribatlarının qarşısı qətiyyətlə alınacaq. Polis fasiləsiz rejimdə öz vəzifələrini yerinə yetirməyə davam edir", - deyə nazir qeyd edib.