Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb.

Bu barədə "Unikal" yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə İstanbulun Şişli rayonunda restoranlardan birində qeydə alınıb.

Belə ki, restoranda 3 nəfər; Erkan A, Beyhan T və Azərbaycan vətəndaşı Hüseyn M. iki naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində yaralanıb.

Hücum edən şəxslər hadisə yerindən qaçıb.