Əkrəm İmamoğlunun korrupsiya istintaqı çərçivəsində həbsindən sonra Saraçhanedə (İstanbul - red) keçirilən etiraz aksiyalarına xaricdən də qatılanlar olub.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu adlardan biri də əslən İsraildən olan ABŞ vətəndaşı Maykl Entoni Qanoedir.

Dəfələrlə İsrail əsgərləri ilə görüşən və MOSSAD-ın nəzarətində olduğu deyilən jurnalist Saraçhane aksiyalarına qatılaraq təxribatlar törədib. Təhlükəsizlik qrupları tərəfindən müəyyən edilən ad dərhal saxlanılıb və onun deportasiyası üçün əməliyyat başlanıb.

Martın 20-də Türkiyəyə gələn jurnalist deportasiya edilərək Amerikaya göndərilib.

Özünü Yevangelist Xristian kimi təqdim edən Qanoenin www.insighttoisraelbeyond.org saytında müstəqil jurnalist kimi çalışdığı məlum olub.

"Insight to Israel Chocolates for Heroes" adlı təşkilatın qurucusu olaraq da fəaliyyətini davam etdirən Qanoenin müxtəlif ölkələrdə təxribat xarakterli xəbərlər etdiyi bilinir.