Rusiyada həbsdə olan azərbaycanlı keçmiş vəkil Elman Paşayevin “marafon kraliçası”nın azadlığa buraxılması üçün Aleksey Blinovskidən 47 milyon rubldan (977 min AZN-dən çox) çox pul aldığı ortaya çıxıb. 

"Unikal" xəbər verir ki, bu  barədə Rusiya mətbuatı məlumat dərc edib. 

"Keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi üzrə istintaq hərəkətləri başa çatıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi, 30-cu maddəsinin 3-cü hissəsi, 159-cu maddəsinin 4-cü hissəsi (dələduzluq və xüsusilə böyük miqyasda dələduzluğa cəhd) ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilir", - KİV yazıb. 

İstintaqın məlumatına görə, 2024-cü ilin yanvarında Paşayev dostu Aleksey Blinovskidən 47 milyon rubldan çox pul qarşılığında onu və Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edəcəyinə inandırıb. Bundan əlavə, 2023-cü ilin iyulundan 2024-cü ilin sentyabrına qədər keçmiş vəkil eyni üsulla 15 milyon rubldan çox pul oğurlamağa cəhd etsə də, hüquq-mühafizə orqanları bu cəhdin qarşısını alıb.

Seymur Əli