Xəbər verdiyimiz kimi, martın 20-dən 21-nə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
"Unikal" xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin bu barədə məlumatından sonra, qarşı tərəf həqiqəti yenə gizlətməyə çalışıb. Lakin kənd sakinlərindən birinin çəkdiyi video sayəsində bu məsələ Ermənistan mətbuatında gündəmə gəlib.
Qeyd olunub ki, Ermənistan Müdafiə Nazirliyi sərhəddə atışma olmadığını bəyan etməklə reallığı gizlətməyə çalışır: "Daha sonra media və müxtəlif şəxslər atışma olduğunu sübut edəndə və artıq bunu gizlətmək mümkün olmayanda “Ermənistan-Azərbaycan sərhədində bəzən Ermənistan ərazisini hədəfə almayan atışma qeydə alınır” kimi biabırçı, gülünc bəyanat yayırlar. Bunun nə demək olduğunu heç kim bilmir..."
Ağarza Elçinoğlu