Gəncədə avtomobil qazılan yolda torpaq təpəsinə çırpılaraq aşıb.
"Unikal" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. "Lada Priora" markalı minik avtomobili prospektlə hərəkətdə olan zaman qazılan yolda torpaq təpəsinə çırpılıb. Zərbənin təsərindən minik maşını yolun kənarına aşıb.
Qəza zamanı sürücü, 1989-cu il təvəllüdlü Q.Əhmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Avtomobilə isə ziyan dəyib.
Baş vermiş qəza ilə bağlı araşdırma aparılır.
Tural Əhmədov