Vətən müharibəsi şəhidi Hikmət Bağırlının qardaşı doğulub.
"Unikal"ın məlumatına görə, şəhidin ailəsində körpə bu günlərdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında keysəriyyə əməliyyatı ilə dünyaya göz açıb.
Qeyd edək ki, ailənin yeganə oğul övladı Hikmət Qəhrəman Bağırov 29 sentyabr 2001-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Bəydili kənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Onun vətənə xidməti kəşfiyyat qurupunda olub. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə anadan olduğu gün qəhrəmancasına şəhid olub.
H.Bağırlı ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Xəlil Əliyev