İranın şimal-şərqindəki Məşhəd şəhərində polis bölməsində partlayış olub.

"Unikal" xəbər verir ki, baş verən partlayış nəticəsində iki polis əməkdaşı həlak dünyasını dəyişib. Hadisə müsadirə edilmiş partlayıcının partlaması nəticəsində baş verib. 

Bölməyə gələn bir nəfərin və daha bir polis əməkdaşının yaralandığı qeyd edilir.