Bibiheybət məscid-ziyarətgah Kompleksində 31 Mart – Azərbaycanlıların Soyqrımı Günü ilə bağlı şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə anım tədbiri keçirilib.

“Unikal” xəbər verir ki, tədbirin əvvəlində Ulu Öndər Heydər Əiyevin, soyqırımı qurbanıarının, torpaqlarımızın azadlığı və ərazi  bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirini açıq elan edən Bibiheybət Məscid-ziyarətgah Kompleksi dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü hacı Rahib Babayev bildirib ki, son iki yüz il ərzində ermənilərin “böyük Ermənistan” yaratmaq xülyalarını həyata keçirmək istiqamətində atdıqları addımlar Azərbaycan xalqına qarşı kütləvi qətllər və soyqırımı aktları ilə nəticələnib. XX əsrin əvvəllərində ermənilər təkcə hazırda Ermənistan adlanan ərazidə deyil, Cənubi Azərbaycanda, Borçalıda, Bakı quberniyasında, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da azərbaycanlılara qarşı kütləvi qırğınlar, talanlar, terror və digər zorakılıq aktları həyata keçirib, minlərlə günahsız insanı qətlə yetiriblər. 

Qeyd edib ki, uzun illər etdiyimiz dualar və arzularımız çin oldu. Prezident İlham Əliyevin sərkərdəliyi ilə şanlı ordumuz 44 günlük Vətən Müharibəsi və daha sonra lokal antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz bərpa edilib. 

Bu gün şəhidlərimizin ailələri, qazilərimiz ölkə başçımızın və Birinci Vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə edilib. 

Tədbirdə çıxış edən Bakı Şəhər və Səbail Rayon İcra Hakimiyyətlərinin, Dini urumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, şəhid ailələri üzvləri, müharibə vereranları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci  Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdiblər.