Yeni Klinikanın direktoru Barat Yusubov sosial şəbəkədə həmkarlarına qarşı sərt ifadələr işlədib.

"Unikal" medicina.az-a  istinadən xəbər verir ki, buna səbəb “Bakupost.az”da səhiyyə sistemindəki problemləri işıqlandıran məqalədir.

Sözügedən məqalə “Baku Medical Plaza”nın baş həkimi Elxan Bəşirov, “Mediland Hospital”ın direktoru Qulam Rüstəmzadə, invaziv kardioloq Vüqar Zamanov və digər tanınmış həkimlər tərəfindən paylaşılıb.

Barat Yusubov isə öz sosial şəbəkə hesabında buna görə həmkarlarının ünvanına təhqiramiz sözlər deyib:

“Bir jurnalistin nə yazmağına heç vaxt əhəmiyyət verməmişəm. Onun işi yazmaqdır. Doğru yazarsa, mükafatını alacaq, yalan yazarsa - ya bu dünyada, ya da o dünyada cəzasını çəkəcək. Amma bir həkimin həqiqəti əks etdirməyən, yalnız ehtimallara əsaslanan şər və böhtanı tirajlaması - bu artıq şərəfsizlikdir.”

Barat Yusubovun bu açıqlamaları həmkarları tərəfindən birmənalı qarşılanmayıb. Kardioloq Vüqar Zamanov bu açıqlamasından sonra B.Yusifovu sərt ittiham edib:

Qulam Rüstəmzadə də münasibət bildirib və Barat Yusubovu “səhiyyə makleri” adlandırıb:

Həkimlər arasındakı qalmaqal sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər səhiyyədəki bu problemlərin ciddi araşdırılmalı olduğunu bildirir, digərləri isə qalmaqalın peşəkar müstəvidən kənara çıxdığını düşünür.