Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi 49 yaşlı hərbçiyə qarşı Rusiya Müdafiə Nazirliyinin hərbi hissəsində terror aktı hazırladığına görə cinayət işi açıb.

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, təqsirləndirilən şəxs hərbi qulluqçu olmaqla terrorçu qruplaşmanın üzvü olub.

O, Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) əməkdaşları ilə əlaqə yaradıb - 2025-ci ilin martında Rusiya Müdafiə Nazirliyinin hərbi hissələrindən birində terror aktı törətmək tapşırığı alıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları onun fəaliyyətini aşkar edib və saxlayıblar. 

"Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları terror aktının hazırlanmasında iştirak edən digər şəxslərin kimliyini müəyyənləşdirir", - məlumatda qeyd olunub.