Xəbər verdiyimiz kimi, DSX-nin hərbçisi Əsgər Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov "Unikal"a açıqlamasında bildirib ki, hərbi qulluqçuya şəhidlik statusu hərbi hissə tərəfindən təqdim edilən bildiriş əsasında verilir:

"Əgər onun xidmət vaxtı döyüş tapşırığını yerinə yetirərkən həlak olmasını təsdiq edən rəsmi arayış təqdim olunarsa, şəhidlik statusu veriləcək".

Murad İbrahimli