ABŞ-nin ticarət naziri Hovard Lutnik bildirib ki, prezident Donald Tramp digər ölkələr üçün potensial boşluqların qarşısını almaq üçün yalnız pinqvinlərin məskəni olan Gerd və Makdonald adalarına rüsumlar tətbiq edib.

"Unikal" xəbər verir ki, onun sözlərini "CBS News" kanalı sitat gətirib. 

Latnik vurğulayıb ki, rüsumların tətbiq edilməsinin ideyası heç bir ölkənin diqqətdən kənar qalmamasını təmin etməkdir. Onun sözlərinə görə, Vaşinqton üçüncü ölkələrin əvvəllər tətbiq edilən tariflərdən yan keçmək üçün istifadə edə biləcəyi “məntiqsiz boşluqlara” son qoymaq istəyir.