Lənkəranda yanğın hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, yanğın hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran şəhəri ərazisində yerləşən müxtəlif növ əşyaların təmir sexində qeydə alınıb.
Dərhal əraziyə FHN-nin yanğından mühafizə hissəsinin 1 texnikası və canlı qüvvəsi cəlb olunub. Sexin çöl tərəfindən başlanan yanğının qarşısı alınıb. Alovun sexə keçməsinə imkan verilməyib.
Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.
Xəlil Əliyev