İmtahan nəticələrinin yoxlanılmasına süni intellektin tətbiqi üzərində iş aparılır.

"Unikal" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Aydın Qasımov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, imtahan nəticələrinin yoxlanılmasınaa süni intellektin tətbiqi dünyada hələ təzədir və bu, zaman alan, araşdırılmalı prosesdir.