Azərbaycanlı model Diana Əhədpur Dubayda hərraca qatılıb. Hərracda spirtli içkilərdən hazırlanan kokteyllər satışa çıxarılıb. 

"Unikal" xəbər verir ki, lüks restoranların birində baş tutan hərrada Diana cəsarəti ilə diqqət çəkib. 

Belə ki, məşhur ad dünyanın ən dəbdəbəli kokteylinə 37 500 avro (təxminən 70 012 manat) ödəyib. Onun bu addımı sosial mediada gündəm olub. 

Xatıladaq ki, azərbaycanlı model Diana Əhədpur 1986-cı ildə Tbilisidə anadan olub. O, Bakıda təhsil alıb və “Diana Ahadpour” brendinin yaradıcısıdır. Həmçinin Azərbaycan, BƏƏ və bir sıra digər ölkələrdə model biznesinə sahibdir. Model iranəsilli biznesmen Manuçehr Əhədpurla evlidir. 

Gülayə Mecid