"TikTok" sosial şəbəkəsi 2024-cü ildə Azərbaycan üzrə silinən videoların sayını açıqlayıb.

"Unikal" xəbər verir ki, 2024-cü ilin nəticələrinə əsasən Azərbaycanda:

İcma Qaydalarının pozulması səbəbindən 3,1 milyondan çox video silinib (2023-cü ildə bu rəqəm 2 milyondan bir qədər çox idi);

Videoların 97%-i istifadəçilərin şikayət etməsindən əvvəl – proaktiv şəkildə silinib;

Videoların 94%-i paylaşılmasından sonra 24 saat ərzində silinib;

Videoların 90%-i isə heç bir istifadəçi onları izləmədən silinib;

770 min canlı yayım müxtəlif qayda pozuntularına görə bloklanıb.