“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tender elan edib.
"Unikal" Banker.az-a istinadən xəbər verir ki, tenderdə Nəsimi rayonu 28 May küçəsindən “The Ritz-Carlton Baku” hotelinə qədər olan 12 ha ərazidə yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 2 450 000 manatdır.