Bakıda bəzi küçələrin qaz təchizatı müvəqqəti dayandırılacaq.
"Unikal" xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu, Landau küçəsində qeyri-yaşayış binasına təbii qazın verilməsi, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində qaz xəttinin korroziyaya uğramış hissəsinin yenisi ilə əvəz olunması məqsədi ilə 09.04.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonu üzrə K.Kazımzadə, Ə.Ələkbərov, Landau, A.Sultanova, H.Cavid, M.Rahim küçələrinin, Xəzər rayonu üzrə isə R.Axundov, A.Mirzəyev, Dənizkənarı küçələrinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq",- deyə məlumatda qeyd edilib.