Azərbaycandan xarici bazarlara tərəvəz ixracı davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən "Unikal"a verilən məlumata görə, bu ilin yanvar-mart aylarında ölkəmizdən ənənəvi xarici bazarlara tərəvəz ixracında ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artım qeydə alınıb.
2025-ci ilin yanvar-mart aylarında ümumilikdə 48,030.7 min ABŞ dolları dəyərində 42,117.7 ton tərəvəz ixrac olunub.
Xarici bazarlara kənd təsərrüfatı məhsullarının, o cümlədən tərəvəz məhsullarının ixracı davam edir.