Kürdəmirdə 5 otaqlı ev yanıb.
Bu barədə "Unikal"a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonunun Sorsor kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 65 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.