Ağdamda evakuator piyadanı vuraraq öldürüb.
"Unikal" report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun İkinci Dördyol qəsəbəsi ərazisində baş verib.
Hərəkətdə olan evakuator yolu keçən Ağdam rayonu, Güllücə kənd sakini 1978-ci il təvəllüdlü Qurbanov Məhəmmədi vurub. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma başlanıb.