Saatlıda 5 otaqlı ev yanıb.

Bu barədə "Unikal"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Novruzlu kəndində ümumi sahəsi 174 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və içərisində ev əşyaları yanıb. Yaxınlıqdakı tikillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.