Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

"Unikal"ın məlumatına görə hadisə şəhər ərazisində  qeydə alınıb. 1987-ci il təvəllüdlü S.Əliyeva  zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta  ağır olduğu bildirilir. 38 yaşlı qadının hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov