Xəbər verdiyimiz kimi, bu gün İsmayıllıda küçədə kişi meyiti aşkarlanıb. 

"Unikal"ın əldə etdiyi məlumata görə, həmin şəxsin bədənində heyvana aid olduğu ehtimal edilən izlər aşkarlanıb. 

Onun meyiti müayinə edilməsi üçün ekspertizaya göndərilib. 

***09:37

İsmayıllıda küçədə kişi meyiti aşkarlanıb. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Tircan kənd ərazisində qeydə alınıb. 

Məlum olub ki, meyiti tapılan şəxs 1955-ci il təvəllüdlü İsmayıllı rayon Tircan kənd sakini Nəsirov Misirxandır.  Şəxsin psixoloji problemləri olduğu bildirilir.

Onun meyiti yaşadığı kənddə su keçidindən aşkarlanıb.

Murad İbrahimli