Nəsimi rayonunda yerləşən ticarət mərkəzlərindən birində iki qadının mobil telefonu oğurlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talamada şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 43 yaşlı R.Seyidov saxlanılıb.
Nəsimi rayonu ərazisində bir nəfərin içərisində pul və mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən 21 yaşlı A.Balaməmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.