Gəncədə 26 yaşlı qadın dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən evlərin birində baş verib. Şəhər sakini - 1999-cu il təvəllüdlü Arzu Həmzəyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib,qadının vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə 26 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.

Fakt araşdırılır.

Tural Əhmədov