Azərbaycan Ordusunun 4-cü Ordu Birliyinə (Bakı Korpusu) yeni komandir təyin olunub.

"Unikal" Teleqraf-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Akif Pirverdiyev 4-cü Ordu Birliyinin komandiri vəzifəsinə gətirilib.

Birliyin bundan əvvəlki komandiri general-mayor Münasib Babayev idi.