Paytaxtın Nəriman Nərimanov rayonunun Atatürk prospektində yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hərəkətdə olan BMW markalı avtomobil piyada keçidində yol verən "Volkswagen"ə çırpılıb.
Hadisə nəticəsində BMW-nin sürücüsü şok keçirib. Ətrafdakıların ilkin müdaxiləsi nəticəsində o özünə gəlib.
Hər iki avtomobilə ciddi ziyan dəyib.
Ağarza Elçinoğlu