Şri-Lankanın paytaxtı Kolombodan 160 km şimal-qərbdə yerləşən Manampitiya qəsəbəsində silahlı şəxs xristian kilsəsinə atəş açıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində kilsənin pəncərələri zədələnib.
Xəsarət alan olmayıb. Şübhəli şəxs həbs edilib.
İlkin araşdırmaya görə, buna səbəb kimi cinayəti törədən şəxsin kilsə keşişi ilə şəxsi ədavəti olub.
Qeyd olunub ki, hazırda Şri-Lankada bütün dini obyektlər və ibadət yerləri gücləndirilmiş nəzarət altındadır.
Ağarza Elçinoğlu