İtaliya A Seriyasının aprelin 21-nə planlaşdırılan oyunları bu gün Vatikanda vəfat edən Papa Fransiskin ölümü ilə əlaqədar təxirə salınıb.
"Unikal" xəbər verir ki, aprelin 21-də İtaliya çempionatında dörd oyun keçirilməli idi: Torino - Udineze, Kalyari - Fiorentina, Genuya - Latsio, Parma - Yuventus.
İtaliya çempionatının turnir cədvəlinə 71 xalla "İnter" başçılıq edir.